...

Azərbaycan şou-biznesində yeni simalar, yeni ifalar olacaq

Cəmiyyət Materials 4 Sentyabr 2007 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr / "TrendLife" , müxbir Vüqar İmanov/ Bizim bu şou-biznesdə kimlər gəlib, kimlər gedib... Və hər kəs də səhnədə əsl ustalıq nümayiş etdirəcəyinə, tamaşaçıların ürəklərini fəth edəcəklərinə söz verir. Şou-biznes sahəsində yenilər sırasında "Şərq oğlanları" da var. Onların adı Ceyhan və Aslandır. Bu uşaqlar barıtın nə olduğunu yaxşı bilirlər və estradada partlayış edəcəklərinə söz veriblər. 35 yaşlı bu ifaçılar ilk dəfə "Yay festivalında" çox orjinal tərzdə peyda oldular. Belə ki, yayın bu qızmar istisində üz-gözlərindən tər axa-axa qalın, papaqlı geyimdə oxuyur və oynayırdılar. Düzdür, incəsənət qurban tələb edir, lakin karyera qurmaq üçün gecikməyiblər? Bu sualı Aslan belə cavablandırdı: "Ağıl yaşda deyil, başdadır. Həm də biz hələ gəncik, lazımi təcrübəmiz də var. Öz solo karyerama Azərbaycanda başlamışam, sonradan isə Türkiyəyə gedib, Antaliyada Ceyhanla tanış olmuşam. Bu gün Azərbaycanda bizim kimi duet yoxdur. Üç, dörd nəfərdən ibarət qruplar var. Onların da fəaliyyəti çox vaxt uzun sürmür. Əlbəttə, biz qrup deyilik, harmonik vokal diapazonu olan duet cütlüyük. Hər zaman şou-biznesdə qalmaq üçün qeyri-adi imicə, gözəl ustalığa malik olmaq lazımdır".

Ceyhan: "Mən azərbaycanlıyam. Lakin uzun illərdir ki, Türkiyədə həm yaşayır, həm də işləyirəm. Azərbaycana isə ona görə gəlmişəm ki, öz musiqi istedadımı nümayiş etdirim. Biz Aslanla birgə bəstəkar Eldar Mansurovla, Cavanşir Quliyevlə əməkdaşlıq etmişik. Hazırda isə Elçin İmanovla işləyirik. Azərbaycan şou-biznesinə nəsə yeni və keyfiyyətli bir şey gətirmək istəyirik".

Xəbər lenti

Xəbər lenti