...

Naxçıvanın orta ixtisas məktəblərində kadr çatışmazlığı var

Cəmiyyət Materials 8 Sentyabr 2007 11:49 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasının uşaq-musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində kadr çatışmazlığı var. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən şənbə günü bildiriblər ki, Muxtar Respublikada fəaliyyət göstərən 20 uşaq-musiqi, incəsənət və bədii sənətkarlıq məktəbində ümumilikdə 57 müəllimə ehtiyac var. Problemin aradan qaldırılması üçün müvafiq qurumlara müraciət olunub.

Naxçıvan MR-in ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. Əhalisi 380,2 min nəfər, paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti