...

Azərbaycanda yeni Olimpiya İdman Kompleksinin təməli qoyulub (FOTO)

İdman Materials 7 İyun 2012 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun / Trend müxbir M.Əliyev/

Ağcabədi rayonunda Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Təməlqoyma mərasimində gənclər və idman naziri Azad Rəhimov iştirak edib.

Ağcabədi Olimpiya İdman Kompleksinin tikintisi işlərinin 2014-cü ilin I yarısı başa çatdırılması nəzərdə tutulub.

Ağcabədi Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Prezidentinin "Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında" ötən il mayın 27-də imzaladığı sərəncam əsasında Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa ediləcək.

Tikinti üçün Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində beş hektar torpaq sahəsi ayrılıb. Kompleksin layihə-smeta sənədləri "ArchiCo İnşaat-layihə" MMC tərəfindən hazırlanıb, tikinti-quraşdırma işləri "İnşaatçı" MMC tərəfindən yerinə yetiriləcək.

Kompleksdə min yerlik tribunası olan futbol stadionu, voleybol meydançası, tennis kortu və digər bina və qurğular olacaq.

Xəbər lenti

Xəbər lenti