...

Azərbaycanın voleybol klubu yeni baş məşqçi ilə müqavilə imzaladı

İdman Materials 7 İyun 2012 19:07 (UTC +04:00)
Çempionlar Liqasında debüt edəcək Azərbaycanın "Lokomotiv" voleybol klubu bu gün yeni baş məşqçisi Pyotr Xilko ilə rəsmi müqaviləyə imza atıb.
Azərbaycanın voleybol klubu yeni baş məşqçi ilə müqavilə imzaladı

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Çempionlar Liqasında debüt edəcək Azərbaycanın "Lokomotiv" voleybol klubu bu gün yeni baş məşqçisi Pyotr Xilko ilə rəsmi müqaviləyə imza atıb.

Trend Azərbaycan Voleybol Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, 2012/2013 mövsümündə Bakı təmsilçisini çalışdıracaq belarus mütəxəssislə 1 illik razılaşma əldə olunub. O, komandanı qələbələrə daşıyacağı halda, müqavilənin müddəti uzadıla bilər.

Yeni baş məşqçinin qarşısına şərt kimi Çempionlar Liqasında uğurlu çıxış və Azərbaycan Super Liqasında yenə mükafatçılar sırasına düşmək qoyulub.

Qeyd edək ki, 47 yaşlı Xilko son ildə Rusiyanın "Avtador-Metara" komandasında işləyib. Yeni mövsüm üçün ilk müqaviləsini rəsmiləşdirən "Lokomotiv" hələ heç bir voleybolçu ilə anlaşmayıb.

Xəbər lenti

Xəbər lenti