...

Qurban Qurbanov tarixə düşdü

İdman Materials 20 Noyabr 2012 11:10 (UTC +04:00)
Azərbaycan Premyer Liqasının XIII turu Ağdamın "Qarabağ" klubu və baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
Qurban Qurbanov tarixə düşdü

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Azərbaycan Premyer Liqasının XIII turu Ağdamın "Qarabağ" klubu və baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, "Simurq"la qarşılaşmada qazanılan 2:1 hesablı qələbə tarixi əhəmiyyət kəsb edib.

Məsələ ondadır ki, 135-ci dəfə ağdamlıları baş məşqçi kimi çempionat oyununa çıxaran Qurbanov 65-ci dəfə qələbə sevinci yaşayıb.

Bununla da Qurbanov "Qarabağ"ın baş məşqçisi postunda çempionatda ən çox qələbə qazanan mütəxəssis olub. O, Ağasəlim Mircavadova məxsus rekordu arxada qoyub. Təcrübəli mütəxəssis 119 çempionat oyununda 64 dəfə "Qarabağ"ın qələbəsinə memarlıq edib, 33 heç-heçə edib və 22 dəfə məğlub olub. Bu qarşılaşmalarda top fərqi 185-87-dir.

"Qarabağ"ın çempionat oyunlarındakı qələbə sayında 3-cü pillədə isə Şahin Diniyevdir. Onun rəhbərliyi altında komanda 31 dəfə 3 xala sevinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti