...

"Fənərbağça"nın da rəqibi məlum oldu

İdman Materials 15 Mart 2013 16:00 (UTC +04:00)
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
"Fənərbağça"nın da rəqibi məlum oldu

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.Tanrıverdiyev/

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Trend-in məlumatına görə, püşkatma nəticəsində Türkiyənin "Fənərbağça" klubunun rəqibi məlum olub.

Azərbaycanda da xeyli azarkeşi olan "Fənərbağça" 1/4 final mərhələsində İtaliyanın "Latsio" komandası ilə qarşılaşacaq.

Püşkatmanın digər nəticələri aşağıdakı kimidir:

"Çelsi" (İngiltərə) - "Rubin" (Rusiya)
"Tottenhem" (İngiltərə) - "Bazel" (İsveçrə)
"Fənərbağça" (Türkiyə) - "Latsio" (İtaliya)
"Benfika" (Portuqaliya) - Nyukasl" (İngiltərə)

Avroliqanın 1/4 final mərhələsinin ilk görüşləri aprel ayının 4-də, cavab qarşılaşmaları isə aprelin 10-da baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti