...

2015-ci ildə boks üzrə dünya çempionatını Qətər qəbul edəcək

İdman Materials 24 İyul 2013 18:06 (UTC +04:00)
Koreyanın Çedju şəhərində Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib.
2015-ci ildə boks üzrə dünya çempionatını Qətər qəbul edəcək

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Koreyanın Çedju şəhərində Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, tədbirdə 2015-ci ildə keçiriləcək boks üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkənin adı məlum olub. Beləliklə, Olimpiya Oyunlarından öncə mundialı Qətərin paytaxtı Doha qəbul edəcək.

Qətərlə yanaşı, Tailand Boks Federasiyası da dünya çempionatını keçirməyə iddialı idi. Lakin İcraiyyə Komitəsinin üzvləri Qətərin xeyrinə səs veriblər.

İclas zamanı Almatıda tikilən AIBA boks akademiyasının açılış mərasiminin vaxtı da məlum olub. Oktyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatı vaxtı akademiyanın təqdimatı baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti