...

Azərbaycan Milli Avarçəkmə Federasiyası daha bir olimpiya növünü inkişaf etdirməyə başlayıb (FOTO)

İdman Materials 14 Mart 2014 15:28 (UTC +04:00)
Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) kanoe-slalom növünün də inkişafı istiqamətində əməli fəaliyyətə başlayıb.
Azərbaycan Milli Avarçəkmə Federasiyası daha bir olimpiya növünü inkişaf etdirməyə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 14 mart /Trend/

Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) kanoe-slalom növünün də inkişafı istiqamətində əməli fəaliyyətə başlayıb.

Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məqsədlə tanınmış sloveniyalı slalomçu Yure Meqliçin ölkəmizi təmsil etməsinə dair razılıq əldə edilib. Y.Meqliç məşqçi Fedya Maruşiçin rəhbərliyi altında çalışır. Azərbaycanda kanoe-slalom növü üzrə yarış və məşq şəraiti olmadığından, 30 yaşlı idmançı qarşıdakı yarışlara xaricdə hazırlaşacaq.

Y.Meqliç 18 avqust 1984-cü ildə anadan olub. O, Sloveniya yığmasının tərkibində Avropa çempionatlarında komanda kayak üzrə 3 dəfə (2006, 2007, 2011) qızıl, 1 dəfə (2010) bürünc, fərdi kayak üzrə 1 dəfə (2010) gümüş medala sahib olub. Təcrübəli idmançı 2010-cu il dünya çempionatında isə fərdi kayak üzrə bürünc medal qazanıb.

Qeyd edək ki, kanoe-slalom da olimpiya növü sayılır. Hazırda Yay Olimpiya Oyunlarında kişilər və qadınlar fərdi kayak (K-1), eləcə də fərdi kanoe (C-1) növlərində mübarizə aparırlar. Kanoe-slalomçunun gəlişinədək ölkəmizdə akademik avarçəkmə, kayak və kanoe növləri inkişaf etdirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti