Azərbaycan, Bakı, 19 mart /Trend/
AZAL PFK-nın baş məşqçisi Tərlan Əhmədova Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə fəxri ad verilib.
Trend klubun saytına istinadən məlumat verir ki, komandanın "sükan sahibi" "Azərbaycan Respublikasının Əməkdar məşqçisi" fəxri adına layiq görülüb.
"Xəzər Lənkəran"a qarşı oyundan sonra klubun vitse-prezidenti Fikrət Hüseynov komandanı qələbə və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdikdən sonra baş məşqçini xüsusi təbrik edib.
F.Hüseynov elə paltardəyişmə otağındaca T.Əhmədova vəsiqəni və döş nişanını təqdim edib.