...

Kayak və kanoe üzrə Avropa çempionları bəlli oldu

İdman Materials 4 May 2015 09:33 (UTC +04:00)
Çexiyanın Raçitse şəhərindəki kayak və kanoe üzrə Avropa çempionatına yekun vurulub.
Kayak və kanoe üzrə Avropa çempionları bəlli oldu

Azərbaycan, Bakı, 4 may /Trend/

Çexiyanın Raçitse şəhərində keçirilən kayak və kanoe üzrə Avropa çempionatına yekun vurulub. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, final mərhələsində Azərbaycan yığmasının üzvləri də çıxış edib.

Qadınlar arasında 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə əsas final (Final A) yürüşündə İnna Osipenko-Radomskaya diqqət mərkəzində olub. 33 yaşlı idmançı Azərbaycan yığmasının heyətində ilk böyük sınağında finişə 1 dəqiqə 57,512 saniyəyə çataraq, 6-cı yeri tutub. O, ukraynalı Svetlana Rımkeviç (01:58.992), portuqaliyalı Tereza Portela (01:59.408) və italiyalı İrene Burqonu (01:59.544) qabaqlayıb. Çempion adını polşalı Evelina Voynarovska 1 dəqiqə 54,522 saniyə nəticə ilə əldə edib. Almaniyalı Frantsiska Veber (01:54.968) vitse-çempion, fransalı Sara Quyo (01.55.392) isə bürünc mükafatçı olub. Sonrakı 2 yeri serbiyalı Nikolina Moldovanla (01:56.552) belaruslu Volqa Xudjenko (01:56.656) tutub.

Osipenko Radomskaya daha 2 həlledici yürüşdə çıxış edib. O, 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə əsas final (Final A) yürüşündə finişə 42,332 saniyəyə çataraq, 8-ci yeri tutub. Təmsilçimiz rəqiblərindən yalnız slovakiyalı İvana Kmetovanı (43.116) üstələyib. Fransalı Sara Quyo (40.980) qızıl, rusiyalı Natalya Podolskaya (41.340) gümüş, serbiyalı Nikolina Moldovan (41.516) bürünc medal qazanıb. Sonrakı yerləri polşalı Marta Valçıkeviç (41,556), portuqaliyalı Tereza Portela (41.996) ispaniyalı Tereza Portela (42.052) və isveçli Linnea Stensils (42.284) tutub.

Nəhayət, Osipenko-Radomskaya 1 nəfərlik kayak qayığı (K-1) ilə 5000 metr məsafəyə yürüşdə qüvvəsini sınayıb. Lakin onun cəhdi alınmayıb və finişə çata bilmədən sonuncu yeri tutub. Medalları belaruslu Marina Litvinçuk (22:19.250), italiyalı İrene Burqo (22:19.680) və irlandiyalı Cenni Eqan (22:19.900) qazanıb. Sonrakı yerləri ispaniyalı Eva Barrios (22:53.040), rumıniyalı Kamilesku Florentina (22:55.780), serbiyalı Nikolina Moldovan (23:08.140), çexiyalı Anna Kojiskova (23:09.120), rusiyalı Ancelika Çervova (23:13.060), macarıstanlı Erika Medveçki (23:14.150), ukraynalı Svetlana Rımkeviç (23:24.770), polşalı Edita Denişevska (23:29.060), bolqarıstan Berenike Faldum (23:37.920), hollandiyalı Eef Haaze (24:24.830), moldovalı Zoya Manayeva (24:29.980), türkiyəli Buse Bursalı (25:15.590) tutub.

Aleksey Kupin - Sergey Bezuqlıy dueti də 2 nəfərlik kanoe qayığı (C-2) ilə 500 metr məsafəyə əsas final (Final A) yürüşündə çıxış edib. Onlar finişə 1 dəqiqə 49,456 saniyəyə çataraq, 7-ci yeri tutublar. Bu nəticə ilə təmsilçilərimiz Azərbaycan yığmasının sabiq üzvləri, hazırda Türkiyə millisinin heyətində yer alan Nikolay Matviyçuk - Adnan Əliyev (01:50.416) və macarıstanlı Qabor Sabo - Andraş Bodonyi (01:57.664) duetlərini üstələyiblər. Rusiyalı Aleksey Korovaşkov - İvan Ştıl (01:43.848) qızıl, ukraynalı Dmitri Yançuk - Taras Mişçuk (01:45.272) gümüş, belaruslu Qleb Saladuxa - Denis Maxlay (01:46.212) dueti isə bürünc medal qazanıb. Sonrakı yerləri rumıniyalı Liviu Dumitresku - Viktor Mixalaki (01:46.416), polşalı Matyuş Kaminski - Mixal Kudla (01:47.316) və çexiyalı Yaroslav Radon - Filip Dvorak (01:47.480) duetləri tutub.

2 təmsilçimiz isə B finalında (10 - 18-ci yerlər uğrunda) mübarizə aparıb. Nikita Sablin 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə finişə 44,080 saniyəyə çataraq, ümumi nəticədə 16-cı olub. O, macarıstanlı Adam Fekete (44.212) və türkiyəli Kərim Tənhanı (48:856) üstələyə bilib. Moldovalı Sergey Tarnovski (41.404) 10-cu, italiyalı Nikolae Kratsyun (41.892) 11-ci, ukraynalı Yuri Çeban (42.224) 12-ci, slovakiyalı Lyubomir Haqara (42.852) 13-cü, polşalı Viktor Qlazunov (42.864) 14-cü, böyük Britaniyalı Kristofer Kalvert (43.044) 15-ci olub. Çempion adını isə Azərbaycan millisinin sabiq üzvü, hazırda Rusiya yığmasında çıxış edən Andrey Kraytor (40.296) qazanıb. O, ən yaxın izləyicisi belaruslu Artsem Kozırı 0,120 saniyə üstələyib. Bürünc medala isə ispaniyalı Alfonso Benavides (40.636) sahib olub.

Mirnazim Cavadov isə 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafə yürüşdə finişə 1 dəqiqə 56,292 saniyəyə çataraq, yekunda 18-ci olub. O, rumıniyalı Konstantin Mironesku (01:42.924), rusiyalı Dmitri Yekimov (01:43.256), xorvatiyalı Antun Novakoviç (01:43.256), finlandiyalı Ditrik Miika (01:43.704), türkiyəli Qabor Bojik (01:44.184), polşalı Pyotr Semyonovski (01.45.188), kiprli Andreas Diamantis (01:47.004) və isveçrəli Stefan Domeysenə (01:47.140) uduzub. Qalib adını isə finişə 1 dəqiqə 41,504 saniyəyə çatan danimarkalı Rene Poulsen qazanıb. Almaniyalı Tom Libşer (01:41.952) gümüş, serbiyalı Deyan Pajiç (01:42.168) isə bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa çempionatı "Bakı 2015" I Avropa Oyunları ərəfəsində qitənin kayak və kanoeçiləri üçün ən önəmli yarış olub. Onlar 14-16 iyunda Mingəçevirdə bir araya gələcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti