Azərbaycan, Bakı, 28 iyun /Trend/
İngiltərə futbol klubu "Mançester Yunayted" İspanyalı "Real Madrid" klubunun müdafiyəçisi Serxio Ramosa görə 60 milyon avro təklif edib. Bu barədə Trend xarici KİV-lərə istinadən xəbər verir.
Madridliləri öncəki 50 milyon avro təklifi qane etməmişdi.
Qeyd edək ki, əgər transfer baş tutsa, o zaman Ramos futbol tarixində ən bahalı müdafiyəçi olacaq.