Azərbaycan, Bakı, 18 avqust /Trend/
İspaniyanın "Atletik" (Bilbao) komandası cavab qarşılaşmasında "Barselona" ilə heç-heçə oynayaraq İspaniya Superkubokunun sahibi oldu.
Trend-in məlumatında görə, qarşılaşma Barselonada "Kamp Nou" meydanında baş tutub və 1:1 hesabı ilə yekunlaşıb. Qolları Lionel Messi (44-cü dəqiqə) və Arits Aduris (74-cü dəqiqə) vurublar.
Hakim oyun ərzində 2 qırmızı vərəqə göstərib, 56-cı dəqiqədə meydandan "Barselona"nın müdafiəçisi Pike, 86-cı dəqiqədə isə "Atletik"in hücumçusu Kike Sola qovulub.
Qeyd edək ki, ilk oyun "Barselona"nın 4:0 hesablı məğlubiyyəti ilə nəticələnmişdir.