...

Azərbaycanlı gimnast: Məşqlərdəki işimiz turnirlərdə özünü göstərəcək (FOTO)

İdman Materials 12 Fevral 2016 13:34 (UTC +04:00)
Məşqlərdə azərbaycanlı gimnastların çox zəhmətli işi böyük turnirlərdə özünü göstərəcək.
Azərbaycanlı gimnast: Məşqlərdəki işimiz turnirlərdə özünü göstərəcək (FOTO)

Bakı. Trend:

Məşqlərdə azərbaycanlı gimnastların çox zəhmətli işi böyük turnirlərdə özünü göstərəcək. Bunu Trend-ə müsahibəsində fevralın 19-da start götürəcək FIG "Challenge" seriyalı idman gimnastikası üzrə Dünya Kuboku - Bakıda idmanın bu növü üzrə ilk beynəlxalq turnir ərəfəsində azərbaycanlı gimnast Petro Paxnyuk deyib.

O bildirib: "Biz bu yarışlara özümüzə rəhm etmədən fədakarcasına çox ciddi hazırlaşırıq. Bütün günü idman zalında keçiririk və fikrimcə, zəhmətli işimiz yarışlarda özündən xəbər verəcək və nəticə işlədiyimiz üzrə olacaq".

P.Paxnyukun sözlərinə görə, Dünya Koboku 2016-cı ildə ilk iri yarışdır: "Mövsümün ilk startı bizim üçün çox məsuliyyətlidir, çünki onu öz evimizdə qəbul edirik. Bundan sonra Olimpiadaya mərhələli hazırlaşacağıq. Dünya Kubokundakı mərhələmizdən sonra martda Qətərdə daha biri, apreldə isə Rio-de-Janeyroda lisenziyaların oynanılacağı hazırlıq turniri olacaq".

O qeyd edib ki, Milli Gimnastika Arenası yarışlara artıq 100 faiz hazırdır: "Arena Dünya Kubokuna hələ iki həftə qalmış hazır idi, buna görə də artıq bu gün yarışları qəbul etməyə hazırıq. Yarışlara çox yaxşı gimnastlar gələcəklər. Yaponiyadan çox ciddi komanda, İsraildən yüksək səviyyəli bir neçə gimnast, Ukrayna sabit olaraq yaxşı idmançılar gətirir, yəni rəqabət ciddi olacaq".

Qeyd edək ki, FIG "Challenge" seriyalı idman gimnastikası üzrə Dünya Kuboku yayda İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında 19-21 fevral tarixlərində keçiriləcək. Kubokun finallarında 46 kişi və 22 qadın gimnast ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaq, ümumilikdə yarışlarda 19 ölkəni təmsil edən 146 idmançı iştirak edəcək. İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək. Tamaşaçıların yarışlardan daha çox zövq alması üçün Kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti