...

Bakı metrosunda "Qarabağ - Çelsi" oyunu zamanı sərnişin artımı olub - 39 500 nəfər (ÖZƏL)

İdman Materials 23 Noyabr 2017 11:25 (UTC +04:00)
Noyabrın 22-də "Qarabağ - Çelsi" oyunu ərəfəsində Bakı Metropoliteninin stansiyaları ilə gündəlik göstəricidən 40 minə yaxın artıq sərnişin daşınıb.
Bakı metrosunda "Qarabağ - Çelsi" oyunu zamanı sərnişin artımı olub - 39 500 nəfər (ÖZƏL)

Bakı. Samir Əli - Trend:

Noyabrın 22-də "Qarabağ - Çelsi" oyunu ərəfəsində Bakı Metropoliteninin stansiyaları ilə gündəlik göstəricidən 40 minə yaxın artıq sərnişin daşınıb.

Bu barədə özəl olaraq Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Mətbuat Xidməti rəhbərinin sözlərinə görə, futbolu izləməyə gedən azarkeşlər əsasən metrodan istifadə ediblər: "Noyabrın 22-də olan sərnişindaşıma ilə əvvəlki günləri müqayisə etdik. Məlum oldu ki, həmin gün təxminən 39 500 artıq sərnişin daşımışıq".

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda "Qarabağ" - "Çelsi" qarşılaşması keçirilib. Oyun 0:4 hesabı ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti