...

Azərbaycan hərbçilər arasında güləş üzrə dünya çempionatında daha iki medal qazanıb (FOTO)

İdman Materials 18 May 2018 12:09 (UTC +04:00)
Hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatında komandamız daha iki medal qazanıb.
Azərbaycan hərbçilər arasında güləş üzrə dünya çempionatında daha iki medal qazanıb (FOTO)

Bakı. Trend:

Moskva şəhərində hərbçilər arasında güləş üzrə keçirilən 33-cü dünya çempionatında Azərbaycan komandası daha iki medal qazanıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Rusiya Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilən yarışlarda güləşin sərbəst növündə döşək üzərinə daha iki idmançımız çıxıb.

86 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Kənan Əliyev ardıcıl olaraq parlaq qələbələr qazanaraq finala yüksəlib. Güləşçimiz son qarşılaşmada yalnız Rusiya təmsilçisinə 1 xal hesabı ilə uduzaraq çempionatın gümüş medalını qazanıb.

Daha sonra 97 kiloqram çəki dərəcəsində yarışlara qatılan MOİK nümayəndəsi Roman Bəkirov 3-cü yer uğrunda mübarizədə Kolumbiya idmançısı üzərində təmiz qələbə qazanaraq bürünc medala sahib olub.

Beləliklə, hərbçilər arasında keçirilən güləş çempionatında komandamız bir qızıl, bir gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 6 medal qazanıb.

Qeyd edək ki, mayın 14-dən start götürən çempionat mayın 20-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti