Bakı. Tural Turan - Trend:
11-ci tur çərçivəsində keçirilən “Anji” – “MOİK”, “Lokomotiv” – “Rostov” matçları başa çatıb . Trend-in məlumatına görə, birinci matçda Vlaşiç 31-ci dəqiqədə hesabı açıb. 71-ci dəqiqədə isə Çalov yekun hesabı müəyyənləşdirib.
Turun digər oyununda “Lokomotiv” doğma meydanda “Rostov” komandasını qəbul edirdi. Oyunda hesabı ev sahiblərindən Anton Mirançuk 26-cı dəqiqədə açıb. 1 dəqiqə sonra isə İqnason tarazlığı bərpa edib. Lakin Kverkveliya 60-ci dəqiqədə “Lomotiv”i yenidən irəli çıxararaq komandasına qələbə qazandırıb.
Hazırda “MOİK” 19 xalla üçüncü, “Lokomotiv” isə 18 xalla 4-cü pillədə qərarlaşıb.