Bakı. Trend:
İspaniya Çempionatının 26-cı turu çərçivəsində “Real Madrid” klubu “Barselona” komandasını qəbul edib.
Trend-in məlumatına görə, “Santiaqo Bernabeu” stadionunda keçirilən oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolun sahibi İvan Rakitiç olub (26-cı dəqiqə).
Xatırladaq ki, fevralın 28-də komandalar İspaniya Kuboku çərçivəsində qarşılaşıb. “Real Madrid”in meydanında keçirilən matçda kataloniyalılar sevinib – 0:3.
Beləliklə, “Barselona” bir həftə ərzində artıq ikinci dəfə əzəli rəqibi “Real Madrid” üzərində qələbə qazanır.
26 turdan sonra “Barselona” 60 xalla birinci, “Real” isə 48 xalla üçüncü yerdə qərarlaşıb.