...

Estoniyalı gimnast: Azərbaycan Gimnastika Federasiyasına yüksək səviyyədə təşkilatçılığa görə minnətdarlıq edirəm

İdman Materials 27 Aprel 2019 23:48 (UTC +04:00)
Milli Gimnastika Arenasında çıxış etməkdən xoşum gəlir
Estoniyalı gimnast: Azərbaycan Gimnastika Federasiyasına yüksək səviyyədə təşkilatçılığa görə minnətdarlıq edirəm

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında çıxış etməkdən xoşum gəlir.

Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun estoniyalı iştirakçısı Viktoriya Boqdanova deyib.

O, yarışların gözəl təşkilinə görə, Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib.

Dünya Kubokunda çıxışından danışan idmançı bildirib ki, bir neçə səhvə yol verib: "Mənim gürzlə olan proqramım çox xoşuma gəlir və mən bu çıxışımdan zövq alıram. Bütün proqramar "təmiz" yerinə yetirilmədi. Amma hələ ki, Avropa çempionatına qədər vaxt var, ümid edirəm ki, bu proqramları daha dəqiq işləyəcəyəm".

Gimnast əlavə edib ki, yerli tamaşaçılar idmançıları yaxşı dəstəkləyir və gur alqışlayır.

Qeyd edək ki, Bakıda 26-28 aprel tarixlərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Ötən gün Z.Ağamirova halqa ilə hərəkətlərdə 19.800 xal toplayaraq həmin alət üzrə final mərhələsinə vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti