...

"Aston Villa" İngiltərə Liqa Kubokunun finalına yüksəlib

İdman Materials 29 Yanvar 2020 03:45 (UTC +04:00)
Bu gün İngiltərə Liqa Kubokunun yarımfinal oyunun cavab matçında "Aston Villa" ilə "Lester" qarşılaşıb
"Aston Villa" İngiltərə Liqa Kubokunun finalına yüksəlib

Bakı. Trend:

Bu gün İngiltərə Liqa Kubokunun yarımfinal oyunun cavab matçında "Aston Villa" ilə "Lester" qarşılaşıb.

Trend-in məlumatına görə, oyun "Aston Villa"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları M.Targett (12-ci dəqiqə), K.İheanaço (72-ci dəqiqə) və Trezege (90-cı dəqiqə) vurublar.

Xatırladaq ki, birinci oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.

Martın 1-i keçiriləcək final oyununda "Aston Villa" "Mançester Siti" və "Mançester Yunayted" cütlüyünün qalibi ilə qarşılacaq.

Xəbər lenti

Xəbər lenti