...

Azərbaycan İdman Jurnalistləri Federasiyası ilə Azərbaycan Milli Karate Federasiyası arasında memorandum imzalanıb (FOTO)

İdman Materials 24 Fevral 2020 22:30 (UTC +04:00)
Fevralın 24-də Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) ilə Azərbaycan Milli Karate Federasiyası (AMKF) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Azərbaycan İdman Jurnalistləri Federasiyası ilə Azərbaycan Milli Karate Federasiyası arasında memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

Fevralın 24-də Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) ilə Azərbaycan Milli Karate Federasiyası (AMKF) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, sənədi AİJF İdarə Heyətinin sədri Qabil Mehdiyev və AMKF-in prezidenti Yaşar Bəşirov imzalayıblar.

Y.Bəşirov yeni yaranan federasiyanın ölkəmizdə idmanın kütləviliyi və təbliği baxımından rolunu xüsusi vurğulayaraq bildirib ki, memoranduma əsasən qurumlar arasında birgə tədbirlər təşkil ediləcək.

AİJF-in əsas hədəflərindən biri ölkəmizdə idman mətbuatının inkişafı ilə yanaşı, bədən tərbiyəsi və idmanın təbliği olduğunu deyən Q.Mehdiyev əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti