...

Uşaqların idman mərc oyunlarında iştirakına yol verənlər cərimə ediləcək

İdman Materials 8 May 2020 12:19 (UTC +04:00)
Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verənlər cərimələnəcək.
Uşaqların idman mərc oyunlarında iştirakına yol verənlər cərimə ediləcək

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verənlər cərimələnəcək.

Trend-in məlumatına görə, bununla əlaqədar məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklifə əsasən, idman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə beş yüz manat məbləğində cərimə tətbiq ediləcək.

Dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti