...

Bu il bizim və Azərbaycan futbolu üçün böyük təcrübə oldu - Qurban Qurbanov

İdman Materials 4 Noyabr 2022 02:12 (UTC +04:00)
Bu il bizim və Azərbaycan futbolu üçün böyük təcrübə oldu - Qurban Qurbanov

Bakı. Trend:

Futbolçularım inamlı oyun sərgilədilər. Biz eşidirdik ki, restoranlarda, böyük monitorlarda azarkeşlər matçlarımızı izləyirlər. 2022-ci il futbol ili oldu. Fanatlara da bizimlə olduqları üçün təşəkkürümü bildirirəm. Hər qarşılaşmada yaxşı mübarizə aparmaq istəyirdik.

Trend-in məlumatına görə, bunu UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində Almaniyanın "Frayburq" komandasını qəbul edən Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, komandamdan çox razıyam. İstirahət üçün vaxtımız da yoxdur. Oyunçular çox yorulublar. Onlar futbolun dadını tam hiss etdilər. Bu il bizim və Azərbaycan futbolu üçün böyük təcrübə oldu.

Q.Qurbanov "Frayburq"la oyundakı hakimlik haqqında danışıb: "Sayılmayan qol epizodunda bəlkə də oyundan kənar vəziyyət var idi. Amma ondan əvvəl Yankoviçin ayağına zərbə dəymişdi. Epizodda xətt də çəkilmədi. Üstündə keçdilər. Bütün oyunlarda ofsayt xətti göstərilirsə, burada da olmalıdır. Hamıya eyni gözlə baxılmalıdır. Hakimlər haqqında danışmağın faydası olub-olmadığını bilmirəm. Hakimlər kənarda qalıb, VAR sistemi işləyir. Nə istəyirlər, onu da edirlər. O epizodda qol sayılsaydı, komanda daha istəkli olardı. Bilmək olmazdı ki, sonrasında qırmızı vərəqə olacaqdımı, ya yox. Qırmızı vərəqə, 10 nəfərlə mübarizə aparmaq, qol vurmaq futbolun sevilən məqamlarıdır. Görünən odur ki, qərar nəticəyə təsir etdi".

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu oyununda Tofiq Bəhramov adına Respublika Stadionunda Almaniyanın “Frayburq” klubunu qəbul edib və matç 1:1 hesabı ilə başa çatıb. UEFA Avropa Liqası ilə vidalaşan “Qarabağ” klubu mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti