...

Çox sərt komandaya qarşı oynayacağıq - Qurban Qurbanov

İdman Materials 23 Fevral 2023 01:44 (UTC +04:00)
Çox sərt komandaya qarşı oynayacağıq - Qurban Qurbanov

Bakı. Trend:

Cavab matçında daha çox güc sərf etməli olacağıq.

Trend-in məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Belçikada "Gent"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl keçirdiyi mətbuat konfransında deyib.

Əlli bir yaşlı mütəxəssis vacib görüşə ciddi hazırlaşdıqlarını bildirərək deyib: “Sabah növbəti mərhələyə vəsiqənin taleyi həll olunacaq. İlk matçdan sonra rəqibin gücünə daha yaxından bələd olduq. Çox sərt komandaya qarşı oynayırıq. Futbolçularım matça hazırdırlar. Yaxşı oyun göstərmək istəyirik”.

Mühüm əhəmiyyət kəsb edən qarşılaşmada klubun prezidenti Tahir Gözel də komandanın yanında olacaq.

Qeyd edək ki, fevralın 23-dən 24-nə keçən gecə "Xelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bu komandalar arasında Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti