Bakı. Trend:
Beynəlxalq Futbol Federasiyası (FİFA) Fransanın ən böyük stadionu olan "Stade de Frans"ın satın alınması ilə bağlı tenderdə iştirak etməyə hazırlaşır.
Trend xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
Məlumata əsasən, tender 2024-cü ildə Fransanın paytaxtında keçiriləcək Olimpiya Oyunlarından sonra baş tutacaq. FİFA rəhbəri Canni İnfantino Fransa prezidenti Emmanuel Makronla stadionun satın alınması məsələsini müzakirə edib. Fransa Futbol Federasiyasının keçmiş prezidenti Noel Le Qrey “Stad de Frans”ın alınmasında FİFA-ya kömək edəcək.