...

İstədiyimiz dinamikanı meydanda göstərə bilmirik - Qurban Qurbanov

İdman Materials 18 İyul 2023 18:57 (UTC +04:00)
İstədiyimiz dinamikanı meydanda göstərə bilmirik - Qurban Qurbanov

Bu gün komandam meydanda istədiyimiz oyunu göstərə bilmir. Bizi sabah meydanda ciddi müdafiə olunan rəqib gözləyir. Mən futbolçularıma inanıram və güvənirəm.

Trend xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Cəbəllütariq klubu “Linkoln”a qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis səfərdə qazanılan 2:1 hesablı qələbəyə baxmayaraq, iyulun 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq matçda diqqətli olmağın vacibliyini vurğulayıb: “İlk oyun heç də asan olmadı. Komandamız optimal formasından uzaqdır. Deməzdim ki, istədiyimiz dinamikanı meydanda göstərə bilirik. Amma ümumən oyuna ciddi yanaşırıq. Meydanda yaxşı müdafiə olunan rəqiblə mübarizə olacaq. Yaxşı nəticə qazanmaq istəyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti