...

“Rakuv” komandası oyun nizam-intizamı baxımından digərlərindən çox fərqlənir - Qurban Qurbanov

İdman Materials 26 İyul 2023 00:56 (UTC +04:00)
“Rakuv” komandası oyun nizam-intizamı baxımından digərlərindən çox fərqlənir - Qurban Qurbanov

Bakı. Trend:

“Rakuv” komandası oyun nizam-intizamı baxımından digərlərindən çox fərqlənir. Bu rəqiblə Türkiyədəki toplanışda üz-üzə gəlmişik. Amma komandada xeyli dəyişiklik var.

Trend-in məlumatına görə, bu sözləri UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Polşanın “Rakuv” komandasının qonağı olan Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, rəqibi yaxından tanımaq üçün sabah meydanda vaxtımız olacaq. Biz də bu matça ciddi hazırlaşmışıq. Yaxşı mübarizə aparmağa çalışacağıq. İnanıram ki, azarkeşlərimizi sevindirə biləcəyik.

“Qarşımızdakı komandanın kimliyindən asılı olmayaraq, hər bir oyuna hazırlıqlı olmağa çalışırıq. Əvvəlki matçları düşünsək, bizə mane ola bilər. Azarkeşlərimizə demək istərdim ki, narahatlıq yoxdur. Onların bizdən uğurlu nəticə gözləmələri məni sevindirir. Digər tərəfdən, yəqin, rəqibin ciddi olması onları narahat edir. Sabahkı oyunda son dəqiqələrədək diqqətli olmalıyıq”, - deyə Q.Qurbanov əlavə edib.

Qurban Qurbanov yoxlama oyunları ilə Çempionlar Liqasındakı matçların fərqli olduğunu diqqətə çatdıraraq deyib ki, hazırlıq qarşılaşmasında hər iki komanda eyni formada ola bilməz: “Sadəcə, həmin qarşılaşmada "Rakuv"un gücünü, aqressiyasını və nizam-intizamını gördük. Bu gün meydanda daha güclü kollektiv var. Bacardığımız qədər məlumat topladıq. Bu rəqiblə Çempionlar Liqasında oynamaq bizim üçün də maraqlı olacaq. "Rakuv" bizə hər hansı sürpriz hazırlaya bilər. Buna hazır olmalıyıq”.

Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti