...

"Qarabağ" daha bir transferə hazırlaşır

İdman Materials 18 Avqust 2023 19:37 (UTC +04:00)
"Qarabağ" daha bir transferə hazırlaşır

Bakı. Trend:

"Qarabağ" bu yay transfer pəncərəsində heyətinə daha bir futbolçu qatmağı planlaşdırır.

Trend xəbər verir ki, bunu klubun baş məşqçisi Qurban Qurbanov bildirib.

Rusiyalı qapıç Ruslan Lunyevin keçidini təsdiqləyən mütəxəssis tezliklə yeni transferin gözlənildiyini də qeyd edib. Lakin o, oyunçunun ad və mövqeyini açıqlamayıb.

Qeyd edək ki, "Qarabağ" bu yay Hamidu Keyta, Juninyo və Patrik Andradeni heyətinə qatıb. Klub "Bayer"dən ayrılan qapıçı Andrey Lunyevun keçidini də tamamlayıb. 32 yaşlı qolkiper bu gün Bakıya gələcək və sabah tibbi müayinədən keçəcək. Daha sonra onunla 1 illik müqavilə imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti