...

Futbolçularım ruhdan düşməyib, “Bayer”ə qarşı çox dinamik oynamalıyıq - Qurbanov

İdman Materials 8 Noyabr 2023 17:54 (UTC +04:00)
Futbolçularım ruhdan düşməyib, “Bayer”ə qarşı çox dinamik oynamalıyıq - Qurbanov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Çox ciddi komandaya qarşı oynayacağıq. İlk matçdakı böyük hesablı məğlubiyyətə baxmayaraq, futbolçularım ruhdan düşməyib. “Bayer”ə qarşı çox dinamik oynamalıyıq”.

Trend xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda Almaniya “Bayer”inə qarşı keçirəcəkləri IV tur oyunundan öncə mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis rəqibin çox yaxşı oyun fəlsəfəsi və yaxşı oyunçuları olduğunu bildirib: "Qonaq komanda ilə yaxından tanış olduq. Yaxşı mübarizə aparmağa çalışacağıq. Futbolçularımızın bunu bacaracağına şübhə etmirəm".

Q. Qurbanov “Bayer”in baş məşqçisi Xabi Alonsonun Bakıda mətbuat konfransı keçirməməsinə də münasibət bildirib: “Bu cür hallar bizdə də olub. Adətən yol uzaq olanda bu cür qərarlar qəbul edilir. “Bayer” bütün rəqiblərinə hörmətlə yanaşır. Hansısa hörmətsizlikdən söhbət gedə bilməz”.

Baş məşqçi hər matçda öz oyunlarını göstərməyə çalışdıqlarını söyləyib: “İstənilən qarşılaşmadan sonra dəyişikliklər olur. Bu dəfə də istisna olmayacaq. Müəyyən dəyişikliklərə əl atacağıq. Ümid edirəm ki, faydası olacaq”.

Mütəxəssis bütün oyunlara eyni ciddikiklə hazırlaşdıqlarını vurğulayıb: “Hər zaman optimal formada olmağa çalışırıq. “Bayer”lə yanaşı, digər üç komandanın da qrupdan çıxmaq şansı var. Maksimum nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Q. Qurbanov komandada ümumi durumun qaydasında olduğunu əlavə edib: “Sadəcə, bəzi futbolçular tam hazır deyil”.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti