...

Klub rəhbərliyi Qurban Qurbanovla görüşüb

İdman Materials 22 Fevral 2024 16:00 (UTC +04:00)
Klub rəhbərliyi Qurban Qurbanovla görüşüb

Bakı. Trend:

“Qarabağ”ın prezidenti Tahir Gözəl komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycan çempionunun mətbuat xidməti açıqlayıb.

Görüş Ağdam klubunun bazasında baş tutub. Gözəl və Qurbanov bu gün baş tutacaq “Qarabağ” - “Braqa” oyunu barədə fikir mübadiləsi aparıblar. Klub prezidenti Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə komandaya uğurlar arzulayıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” matçı saat 21:45-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti