Bakı. Trend:
Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” klubu tarixində ilk dəfə Avroliqanın 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Trend xəbər verir ki, Qurban Qurbanovun yetirmələri buna Portuqaliya təmsilçisi “Braqa”nı ümumilikdə 6:5 hesabı ilə məğlub etməklə nail olub.
Matçdan sonra baş məşqçi Qurban Qurbanovun paltardəyişmə otağındakı çıxışı maraqla qarşılanıb.
Həmin videonu təqdim edirik:
Qeyd edək ki, fevralın 23-də Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında cavab oyunu keçirilib. "Qarabağ" futbol ümumilikdə 6:5 hesablı qələbə qazanıb və 1/8 finala vəsiqə qazanıb.