...

Bəsit qollar buraxdıq - Qurban Qurbanov

İdman Materials 15 Mart 2024 02:42 (UTC +04:00)
Bəsit qollar buraxdıq - Qurban Qurbanov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bütün azarkeşlərə dəstəyə görə, təşəkkür edirəm. Həm Bakıdakı, həm buradakı oyunda yaxşı şans qazanmışdıq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Avropa Liqasında 1/8 finalın cavab matçında “Bayer”ə 2:3 hesablı məğlubiyyəti dəyərləndirib. Təcrübəli mütəxəssis “CBC Sport”a açıqlamasında rəqibin gücün xüsusi vurğulayıb: “Bu görüşlər komandaya böyük inam verdi. Futbolçular çox əziyyət çəkdilər, sonadək mübarizə apardılar. Sadəcə azlıqda güclü rəqibə qarşı oynamaq asan deyil. Bəsit qollar buraxdıq. Sonda “Bayer”in gözlənildiyi kimi, güclü təzyiq yaratdı. Belə qırmızı vərəqə bir az sual yaradır”.

Qeyd edək ki, səfərdə 2:3 hesabı ilə uduzan “Qarabağ” Avropa Liqasının 1/8 finalında mübarizəni dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti