...

Həm rəqibə, həm də özümüzə uğurlar arzulayıram - Qurban Qurbanov

İdman Materials 15 Mart 2024 03:07 (UTC +04:00)
Həm rəqibə, həm də özümüzə uğurlar arzulayıram - Qurban Qurbanov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbolçularıma təşəkkür edirəm. Məğlub olsaq da, çox ağır oyunda sonadək mübarizə apardılar.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə qarşı cavab matçından (3:2) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, futbolçuları çox güc sərf edib: “Bizim gözəl azərbaycanlı azərkeşlərimizə təşəkkür edirəm. 3 min azarkeş bu gün bizimlə oldu. Komandaya böyük güc və arxa oldular. Xabi Alonsonu təbrik edirəm ki, növbəti mərhələyə keçdilər. Həm rəqibə, həm də özümüzə uğurlar arzulayıram”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının 1/8 finalında 2 oyunun nəticəsinə görə 4:5 hesabı ilə məğlub olaraq yarışla vidalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti