...

“FCHAIN CUP 2” Gimnastika Turniri keçirilib (FOTO)

İdman Materials 19 Mart 2024 12:44 (UTC +04:00)
“FCHAIN CUP 2” Gimnastika Turniri keçirilib (FOTO)

Bakı. Trend:

Bu günlərdə Financial Chain Corporation-nın sponsor dəstəyi və “ProSport” Gimnastika klubunun təşkilatçılığı ilə “FCHAIN CUP 2” Gimnastika Turniri keçirilib.

“Olimpik Star” idman kompleksində baş tutan yarış “ProSport”un baş sponsoru olan Financial Chain Corporationa həsr edilmiş II yarış kimi tarixə düşüb.

“Financial Chain Corporation ölkəmizdə idmanın inkişafına hər zaman dəstək olub və gələcəkdə də olacaq. Gənclər və İdman Nazirliyinə və Azərbaycan Atletika Federasiyasına dərin təşəkkürümüzü bildiririk ki, bir çox mötəbər idman tədbirlərində bizimlə əməkdaşlığa şərait yaradıblar. Bu artıq bizim 2-ci turnirimizdir ki, FCHAIN adı altında keçirilir. Daha əvvəl 2022-ci ildə anoloji yarışa şahidlik etmişdik. Biz əminik ki, bu hər il keçiriləcək və hər il iştirakçı sayı daha da çoxalacaq. Artıq 2 ildən çoxdur ki, biz “ProSport”la bərabərik. Biz onları həm Abu-Dabidə, həm Riyadda, həm də digər beynəlxalq turnirlərdə dəstəkləmişik” – FCHAIN-nin İdarəedici Tərəfdaşı Zaur Qədirov bildirib.

150 gimnastın iştirak etdiyi turnirdə 3 yaşdan başlayaraq müxtəlif yaş qruplarında 4 kateqoriyada mükafatçılar müəyyənləşib.

Qaliblər Financial Chain Corporation tərəfindən qiymətli hədiyyələrlə təltif edilib.

Qeyd edək ki, turnirdə “ProSport” idmançıları ilə yanaşı Bakı və bölgələrdən olan 11 klubun idmançıları güclərini sınayıblar.

Çıxış edən gimnastlar arasında FCHAIN-nin rəsmi sponsoru olduğu Züleyxa Şabanova da olub.

“Bildiyiniz kimi, biz istedadlı gimnast Züleyxa Şabanovanın rəsmi sponsoruyuq. Onun ölkəmizi ən mötəbər idman tədbirlərində layiqincə təmsil edəcəyinə ümidlərimiz böyükdür. FCHAIN-nin dəstəyi ilə ProSport-un növbəti səfəri Tbilisiyədir. “Vinera Cup” adı altında aprelin 5-dən 9-nadək keçiriləcək turnirdə bizim fərdi sponsor müqaviləmiz olan gənc və istedadlı gimnast Züleyxa Şabanovaya böyük uğurlar arzu edirik” – Zaur Qədirov vurğulayıb.

“FCHAIN CUP 2” Gimnastika Turniri çərçivəsində ProSport gimnastları qonaqlar üçün xüsusi hazırladıqları nömrələri Qala Şou Proqramında nümayiş etdiriblər.

Xəbər lenti

Xəbər lenti