...

Messinin ABŞ-dakı maaşı bəlli olub

İdman Materials 12 Aprel 2024 00:45 (UTC +04:00)
Messinin ABŞ-dakı maaşı bəlli olub

Bakı. Trend:

Argentinalı ulduz Lionel Messinin “İnter Mayami”dəki maaşı bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, ABŞ klubunda aya 1,6 milyon avro qazanır.

Messi MLS-də ən çox qazanan futbolçudur. Onun illik gəliri 19,2 milyon avrodur. Lionel “İnter Mayami” ilə 2025-ci ilin yayına kimi müqaviləsi var.

Qeyd edək ki, Argentina yığmasının kapitanı komandada 20 oyunda 17 qol vurub, 9 ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti