Bakı. Trend:
Futbol tarixinin ən uzun qələbə seriyaları açıqlanıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, İFFHS-in cədvəlinə ən azı ardıcıl 20 dəfə qalib gələn komandalar daxil edilib.
İndiyədək 17 belə seriya qeydə alınıb. Dünya rekordu “Əl-Hilal”a məxsusdur. Səudiyyə Ərəbistanı təmsilçisi bütün turnirlər nəzərə alınmaqla 34 qələbə qazanıb.
Bəzi klublar bir neçə dəfə belə seriyaya imza atıblar. Regional liqalardakı qələbələr nəzərə alınmayıb.
1. “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) - 34
2. “Belfast Seltik” (Şimali İrlandiya) – 31
3. “Uypeşt” (Macarıstan) – 30
4. TNS (Uels) – 27
5. “Ayaks” (Niderland) – 26
6. TNS (Uels) – 26
7. “Ayaks” (Niderland) – 25
8. “Seltik” (Şotlandiya) – 25
9. “Şaxtyor” (Ukrayna) – 25
10. “Ferensvaroş” (Macarıstan) – 25
11. “Seltik” (Şotlandiya) – 24
12. “Bavariya” (Almaniya) – 23
13. “Srvena Zvezda” (Yuqoslaviya) – 23
14. “Real” (İspaniya) – 22
15. “Nasyonal” (Uruqvay) – 22
16. “Fənərbaxça” (Türkiyə) – 21
17. “Mançester Siti” (İngiltərə) – 21
Qeyd edək ki, klublar beynəlxalq oyunlardakı qələbə sayına görə sıralanıb.