Bakı. Trend:
Almaniyada təşkil olunan AVRO-2024-də bu gün qrup mərhələsinə yekun vurulacaq.
Trend xəbər verir ki, 3-cü turun son günündə 4 matç keçiriləcək.
E qrupunda Slovakiya Rumıniya ilə, Ukrayna isə Belçika ilə qarşılaşacaq. Nəticədə bu qrupdan 1/8 finala yollanan komandalar müəyyənləşəcək. E qrupunda komandaların hərəyə 3 xalı var. Ona görə də sözügedən görüşlərin gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir. Hər iki matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Günün əsas qarşılaşması isə F qrupunda olacaq.
Qardaş ölkə Türkiyə Çexiya ilə "davam, ya tamam" matçına çıxacaq. Portuqaliya isə qonşu Gürcüstanla qarşılaşacaq. Bu qrupda artıq Portuqaliya millisi (6 xal) 1/8 finala vəsiqəni təmin edib. Türkiyə 3 xalla 2-ci, Çexiya 1 xalla 3-cü, eyni xalı olan Gürcüstan sonuncudur. F qrupunun oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, Avro-2024 iyulun 14-də yekunlaşacaq.
Avro-2024, qrup mərhələsi, 3-cü tur
E qrupu
20:00. Slovakiya - Rumıniya
Baş hakim: Daniel Siebert (Almaniya)
"Deutşe Bank Park"
20:00. Ukrayna - Belçika
Baş hakim: Entoni Teylor (İngiltərə)
"MHP Arena"
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Rumıniya | 2 | 1 | 0 | 1 | 3-2 | 3 |
2 | Belçika | 2 | 1 | 0 | 1 | 2-1 | 3 |
3 | Slovakiya | 2 | 1 | 0 | 1 | 2-2 | 3 |
4 | Ukrayna | 2 | 1 | 0 | 1 | 2-4 | 3 |
F qrupu
23:00. Çexiya - Türkiyə
Baş hakim: İstvan Kovaçs (Rumıniya)
"Volksparkstadion"
23:00. Gürcüstan - Portuqaliya
Baş hakim: Sandro Şerer (İsveçrə)
"Veltins Arena"
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Portuqaliya | 2 | 2 | 0 | 0 | 5-1 | 6 |
2 | Türkiyə | 2 | 1 | 0 | 1 | 3-4 | 3 |
3 | Çexiya | 2 | 0 | 1 | 1 | 2-3 | 1 |
4 | Gürcüstan | 2 | 0 | 1 | 1 | 2-4 | 1 |