...

İngiltərə Premyer Liqası: “Mançester Siti” səfərdə xal itirib

İdman Materials 28 Sentyabr 2024 18:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə İngiltərə Premyer Liqasında VI tura start verilib.

Trend-in məlumatına görə, turnir cədvəlinin lideri “Mançester Siti” səfərdə “Nyukasl”la qarşılaşıb. Görüş qollu heç-heçə ilə yekunlaşıb – 1:1.

Ev sahiblərinin heyətində Antoni Qordon, qonaqlarda isə Yoşko Qvardiol fərqləniblər.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran "şəhərlilər" 1-ci pillədə qərarlaşıb. "Nyukasl" isə 11 xalla 5-ci sıradadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti