Bakı. Trend:
Azərbaycanın daha bir yunan-Roma güləşçisi – Qurban Qurbanov Avropa çempionatında qızıl medal qazanıb.
Trend xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən qitə birinciliyində 82 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda macarıstanlı Erik Silvassini üz-üzə gəlib.
Rəqibini inamla – 6:0 hesabı ilə məğlub edən Qurbanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu qələbə idmançının böyüklər arasında ilk Avropa çempionluğu kimi tarixə düşüb.
Avropa çempionatı
Yunan-Roma güləşi
60 kq
Final
Nihat Məmmədli Georgi Tibilova (Serbiya) 7:3 hesabı ilə qalib
gələrək Avropa çempionu olub.
67 kq
Final
Həsrət Cəfərov Abu Muslim Amayevə (Bolqarıstan) 7:1 hesabı ilə
qalib gələrək Avropa çempionluğunu qazanıb.
72 kq
Ülvü Qənizadə belaruslu Aleksandr Liavonçikə (UWW) 2:1 hesabıyla
qalib gələrək Avropa çempionatında bürünc medal qazandı.
82 kq
Final.
Qurban Qurbanov finalda macarıstanlı Erik Silvassiyə 6:0 hesabıyla
qalib gələrək Avropa çempionu oldu.
XXX
20:24
Bu gün Slovakiyanın Bratislava şəhərində güləş üzrə Avropa çempionatı başa çatır.
Trend xəbər verir ki, yarışın son günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Nihat Məmmədli ardıcıl ikinci, Həsrət Cəfərov isə üçüncü dəfə qitə çempionu olublar.
Daha bir təmsilçimiz qızıl medal uğrunda mübarizə aparacaq.
Avropa çempionatı
Yunan-Roma güləşi
60 kq
Final
Nihat Məmmədli Georgi Tibilova (Serbiya) 7:3 hesabı ilə qalib
gələrək Avropa çempionu olub.
67 kq
Final
Həsrət Cəfərov Abu Muslim Amayevə (Bolqarıstan) 7:1 hesabı ilə
qalib gələrək Avropa çempionluğunu qazanıb.
72 kq
Ülvü Qənizadə təsəlliverici görüşdə erməni əsilli Alen Mirzoyana
(UWW) qalib gəlib. O, bürünc uğrunda güləşəcək. Rəqib Aleksandr
Lyavonçik (UWW) olacaq.
82 kq
Final
Qurban Qurbanov - Erik Silvassi (Macarıstan)