Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1,4 milyon ton neft emal edilib.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 200 min ton və ya 12,5% azdır.
Belə ki, keçən ilin yanvar-mart aylarında ölkədə neftin emalı 1,6 milyon tona yaxın təşkil edib.
Qeyd edək ki, cari ilin birinci rübü ərzində, respublikada 6,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,8 milyon ton təşkil edib.