...

İran Avropa İttifaqının yeni sanksiyalarını qeyri-konstruktiv adlandırıb

Dünya xəbərləri Materials 14 Aprel 2025 12:53 (UTC +04:00)
İran Avropa İttifaqının yeni sanksiyalarını qeyri-konstruktiv adlandırıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının İran əleyhinə yeni sanksiyalar tətbiq etməsi qeyri-konstruktiv və qeyri-qanunidir.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəlli olan budur ki, İranın ədliyyə strukturlarının addımlarını naməlum vəziyyətlə üzləşdirəcək məsələlərin yaradılması qəbuledilməzdir.

Bəqai deyib ki, Avropa tərəfləri özlərinə insan haqlarını fərqli şəkildə təhlil edərək başqalarının addımları haqda rəy vermək və sanksiya tətbiq etmək haqqı yaradırlar.

Qeyd edək ki, bu gün Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri İranın iki qurumu və 7 şəxsi əleyhinə sanksiyalar tətbiq edib. Bu sanksiyaların Avropa vətəndaşlarının İranda həbs olunması səbəbindən Tehrana qarşı tətbiq olunduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti