Bakı. Trend:
İran və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin qısa zaman ərzində İran parlamentində təsdiqlənəcəyi gözlənilir.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin İran parlamentində təsdiqlənməsi və onun icra olunması İran Xarici İşlər Nazirliyinin prioritetlərindən biridir.
Sözügedən layihə İran XİN tərəfindən hazırlanıb və Nazirlər Kabinetinə göndərilib.
Bəqai bildirib ki, İran və Rusiya arasındakı Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi parlamentdə təsdiqləndikdən sonra Konstitusiyaya Nəzarət Şurasına göndəriləcək.
Qeyd edək ki, 17 yanvar 2024 tarixində Moskvada İran və Rusiya prezidentləri tərəfindən Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Sazişdə ticarət və iqtisadiyyatdan əlavə innovasiya texnologiyaları, dincməqsədli nüvə enerjisi, informasiya və kiber təhlükəsizlik, terrorizmlə mübarizə, Xəzər dənizi və ətraf mühit üzrə əməkdaşlıq və s. nəzərdə tutulur.