Bakı. Trend:
İran xarici işlər naziri Seyid Abbas Araqçi bu həftənin sonunda Rusiyaya səfər edəcək.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iranlı nazirin Moskvaya səfəri öncədən planlaşdırılıb və son proseslərlə əlaqədar deyil.
Bəqai bildirib ki, təbii ki, səfər çərçivəsində Məsqət danışıqları və prosesləri haqda dialoq aparılacaq.
Qeyd edək ki, ötən gün (12 aprel) Oman paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.