Bakı. Trend:
"Formula 1" üzrə Bəhreyn Qran-prisinin qalibi müəyyənləşib.
Trend xəbər verir ki, "Saxır" dairəsində keçirilən mövsümün bu mərhələsində qələbəyə "McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri imza atıb.
İkinci yeri "Mercedes"in britaniyalı sürücüsü Corc Rassel tutub. İlk "üçlüy"ü isə "McLaren"in digər pilotu Lando Norris tamamlayıb.
Qeyd edək ki, Oskar Piastri ötən gün keçirilmiş sıralama turunda da birinci yeri tutaraq poul mövqeyindən yarışa başlamışdı.