...

"Tarladan süfrəyə" kampaniyası (FOTO)

İqtisadiyyat Materials 7 Sentyabr 2016 11:16 (UTC +04:00)
“Tarladan süfrəyə” - kampaniyası davam etdirilir.
"Tarladan süfrəyə" kampaniyası (FOTO)

Bakı. Trend:

“Tarladan süfrəyə” - kampaniyası davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində məlumatlandırma işi aparılır.

Kampaniyanın məqsədi sağlam dəyər zəncirləri yarada biləcək istehsalçı, emalçı və tədarükçüləri – potensial iştirakçıları məlumatlandırmaq və onların bir araya gələrək, dəyər zəncirləri yaratmasına nail olmaqdır. Tarladan süfrəyə rahat çıxışı təmin etmək məqsədilə, Nazirlik bu qrupların birgə fəaliyyəti üçün mövcud problemləri müəyyənləşdirəcək və aradan qaldırılmasına dəstək verəcək. Kənd Təsərrüfatı Nazirliyi dəyər zəncirlərini təşkil edən bu həlqələrə - yaradılmış tərəfdaşlıqlara texniki, məsləhət və maliyyə dəstəyi göstərəcək.

Dəyər zəncirləri modellərinin yaradılması proqramı Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində icra olunur. Ölkənin 5 regionunu - Quba-Xaçmaz, Lənkaran-Masallı, Aran, Gəncə-Qazax, Şəki-Zaqatalanı əhatə edən proqram barədə məlumatlandırma kampaniyası indiyədək 30-dan artıq rayonda keçirilib.

“Aqrobiznes dəyər zəncirinin inkişafı” proqramı çərçivəsində yalnız qida məhsulları istehsalçı, emalçı və tədarükçüləri iştirak edə bilər. Tütün, pambıq, eləcə də taxıl kimi texniki və strateji bitkilər bu layihənin predmeti deyil. Layihənin daha bir maraqlı cəhəti mövcud dəyər zəncirləri yaradılarkən Azərbaycan üçün brend olacaq məhsulların seçilməsi imkanıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti