...

Azərbaycanda daha 6 müəssisə Rusiyaya ət və süd məhsulları ixrac edəcək

İqtisadiyyat Materials 15 Avqust 2017 16:11 (UTC +04:00)
Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiyaya ixrac imkanları genişləndirilir.
Azərbaycanda daha 6 müəssisə Rusiyaya ət və süd məhsulları ixrac edəcək

Bakı. Trend:

Rusiya Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin qərarı ilə daha 6 Azərbaycan müəssisəsi Xidmət tərəfindən aparılan reyestrə daxil edilib və həmin müəssisələrə istehsal etdikləri məhsulların maneəsiz olaraq Rusiyaya ixrac edilməsinə icazə verilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, indiyədək görülmüş tədbirlər nəticəsində sözügedən reyestrə daxil edilmiş müəssisələrin ümumi sayı 20-yə çatıb.

Digər Azərbaycan müəssisələrinin də reyestrə daxil edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti