Bakı. Samir Əli - Trend:
Kənd Təsərrüfatı Nazirliyi Bakıda bayram yarmarkaları təşkil edəcək.
Nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarkalar Bakının 5 müxtəlif nöqtəsində təşkil ediləcək.
Bayram yarmarkaları “Kənddən Şəhərə” layihəsi çərçivəsində həyata keçirilir.
Bayram yarmarkası dekabrın 21-dən 30-dək davam edəcək.