...

Fermerlərin kart hesablarına payızlıq əkinlərə görə 75 milyon manat subsidiya vəsaiti köçürülüb

İqtisadiyyat Materials 10 Mart 2020 16:07 (UTC +04:00)
Bu günədək Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) payız səpinləri üçün 75 milyon manat subsidiya ayırıb
Fermerlərin kart hesablarına payızlıq əkinlərə görə 75 milyon manat subsidiya vəsaiti köçürülüb

Bakı. Fidan Babayeva - Trend:

Bu günədək Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerlərin kart hesablarına payızlıq əkinlərə görə 75 milyon manat subsidiya vəsaiti köçürüb.

Trend-in məlumatına görə, bu barədə AKİA sədri Mirzə Əliyev bu gün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, ötən həftədən etibarən subsidiya vəsaitlərinin fermerlərin kart hesablarına köçürülməsinə stasrt verilib. Hazırda payızlıq əkinlərə görə 180 min fermerin kart hesabına subsidiya vəsaiti köçürülüb.

Mirzə Əliyev qeyd edib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 474 520 fermer qeydiyyatdan keçib. 361 307 fermer payızlıq əkinlərini bəyan edib. Bəyan edilmiş ərazilərin ümumi sahəsi 993 718 hektardır. “279 553 fermerin kartı hazırdır. 102 500 fermer kartını götürərək, subsidiya vəsaitindən istifadə edib. 156 391 fermerin kartı isə “Kapitalbank”ın region filiallarındadır və fermerlər bank filiallarına yaxınlaşaraq kartlarını götürə bilərlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti