...

Azərbaycanda tranzit və regional daşımaların artırılması üçün işlər görülür - Rəhman Hümmətov

İqtisadiyyat Materials 27 Oktyabr 2022 16:29 (UTC +04:00)
Azərbaycanda tranzit və regional daşımaların artırılması üçün işlər görülür - Rəhman Hümmətov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Əhalinin maneəsiz hərəkətinin təmin olunması üçün inteqrasiya olunmuş nəqliyyat sistemini yaratmaq lazımdır.

Trend-in məlumatına görə, bunu cümə axşamı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ekspertlərlə görüş zamanı deyib.

"Azərbaycanın regionun əsas nəqliyyat mərkəzlərinən birinə çevrilməsi, tranzit və regional daşımaların artırılması, tranzit daşımalarının və logistika prosesslərinin sadələşdirilməsi üçün hüqui bazanın təkmilləşdirilməsi üzrə daimi işlər görülür", - nazir müavini deyib.

O qeyd edib ki, beynəlxalq daşımalar sahəsində peşəkar sürücülərin hazırlanmasına böyük əhəmiyyət verilir, bu məqsədlə sürücülər təlimlərə cəlb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti