...

Milli Məclis bəzi məhsulların gömrük rüsumundan azad edilməsi müddətini uzadır

İqtisadiyyat Materials 20 Dekabr 2022 13:44 (UTC +04:00)
Milli Məclis bəzi məhsulların gömrük rüsumundan azad edilməsi müddətini uzadır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin idxal etdiyi məhsulların gömrük rüsumundan azad edilməsi müddəti uzadılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsi sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq qaydada idxal edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının gömrük rüsumlarından azad olma müddətinin həmin rezidentin qeyd olunan parklarda qeydiyyata alındığı tarixdən 3 il artırılaraq 10 il müəyyən edilməsi məqsədilə hazırlanıb. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq 1-ci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti