...

Azərbaycan və Özbəkistan ipəkçiliyin inkişafı üzrə layihələr hazırlayır

İqtisadiyyat Materials 1 Fevral 2023 15:08 (UTC +04:00)
Azərbaycan və Özbəkistan ipəkçiliyin inkişafı üzrə layihələr hazırlayır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Özbəkistan ipəkçiliyin inkişafı üzrə investisiya layihələrinin texniki-iqtisadi əsaslandırmasını həyata keçirməkdədir.

Trend-in məlumatına görə, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nuriyev Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Özbəkistanın biznes assosiasiyaları (“Uzbekipaksanoat” Assosiasiyası və “Uztekstilprom” Assosiasiyası) arasında baramaçılıq və ipəkçiliyin, həmçinin, pambıqçılıq və tekstil sənayesinin inkişafı sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalandığını qeyd edib.

"İqtisadi zonalarda birgə əməkdaşlıq çərçivəsində pambıqçılq və ipəkçiliyin klasterlərinin yaradılması nəzərdə tutulur. Hazırda investorlarla görüşlər keçirilir və danışıqlar aparılır. İnvestorların investisiya layihələrinin texniki-iqtisadi əsaslandırılması aparılır və fəaliyyətin başlaması üçün torpaq sahələrinin ayrılması üzrə işlər görülür", - o deyib.

Xatırladaq ki, memorandumlar ötən ilin avqust ayında Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 11-ci iclası çəeçivəsində imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti